Salyanlı fermerlər şok yaşadı Yeni sort sarımsaq əkdilər,


Digərləri 19 Apr 2018 21:04:00 249 0

Salyanlı fermerlər şok yaşadı  Yeni sort sarımsaq əkdilər,

Salyanlı fermerlər sarımsaq əkərkən İrandan gətirilən yeni sorta üstünlük veriblər. Həmdə yerli toxumlarla müqayisədə daha çox pul ödəyiblər. Fermerlərə indi məlum olub ki, əkdikləri sarımsaq sortu məhsuldar deyil.

Daha çox məhsul götürmək üçün yeni sort sarımsaq əkdilər, nəticə əksinə oldu.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, belə bir vəziyyətlə Salyan rayon Yolüstü kənd sakinləri üzləşiblər.Fermerlərin ötən il İrandan alaraq gətirdikləri yeni sarımsaq növü özünü doğrultmayıb.Məlum olub ki, bu sarımsaqlar inkişaf etdikcə onun torpaq altında olan soğanağındakı dənələrin sayı qədər üzərində gövdələr də əmələ gəlir.Bu isə gələcək məhsuldarlığın kəskin azalması deməkdir.

Yerli sortlarda isə bundan fəqli olraq Torpaq altında olan dənələrin sayı nə qədər çox olsa belə bunlar hamısı bir gövdə altında inkişaf edərək yetişir.İranadan gətirilmiş sarımsaqların məhsuldarlıq və keyfiyyətinin yerli sortlara nisbətən aşağı olması fermerləri çıxılmaz vəziyyətdə qoyub.


Xəbərə aid video