Eyni mənzillər bir neçə nəfərə satılıb VİDEO


Digərləri 19 Apr 2018 21:07:00 282 0

Eyni mənzillər bir neçə nəfərə satılıb  VİDEO

Paytaxtda eyni mənzillər bir neçə nəfərə satılıb. Üstəlik binanın tikintisi də yarımçıq qalıb. Məlumata görə, həmin tikinti şirkətinin sahibi iki otaqlı mənzili ucuz qiymətə növbəti şəxsə satarkən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, nağd ödəniş edərək ev alan sakinlər nə mənzillərinə köçə bilirlər, nə də pulları qaytarılır. Binadakı bir neçə mənzil eyni vaxtda 3-4 şəxsə satılıb.

Söhbət Paytaxtın Binəqədi rayonu Arif Məmmədov küçəsi 10 ünvanında yerləşən və ''Avro Qrand'' şirkəti tərəfindən inşa edilən bu yaşayış binasından gedir. Bina sakinlərinin dediyinə görə, onların əksəriyəti nağd ödəniş edərək buradan ev alıblar.

Tikintinin yarımçıq qaldığını görən sakinlər araşdırma aparmağa başlayıblar. Bir müddət sonra onlar müəyyən ediblər ki, şirkətin rəhbəri bir mənzili bir neçə şəxsə sataraq onları aldadıb.


Xəbərə aid video