Ağstafa su anbarının ətrafında 4 ədəd partlamamış hərbi sursat tapıldı FOTO


Digərləri 19 Apr 2018 20:50:00 219 0

Ağstafa su anbarının ətrafında 4 ədəd partlamamış hərbi sursat tapıldı  FOTO

Qazaxın Xanlıqlar kəndi ərazisində 4 ədəd partlamamış hərbi sursat aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, bu gün saat 12:24-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 14:09-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar