Sərgilər bürosu: Azərbaycanın Expo 2025 sərgisini keçirmək üçün bütün imkanları var FOTO


Digərləri 19 Apr 2018 20:27:00 284 0

Sərgilər bürosu: Azərbaycanın Expo 2025 sərgisini keçirmək üçün bütün imkanları var  FOTO

Azərbaycanın Expo 2025 sərgisini keçirmək üçün bütün imkanları var.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Beynəlxalq Sərgilər Bürosunun (BIE) araşdırma missiyasının Bakıya səfərinin yekunları ilə bağlı mətbuat konfransında büronun baş katibnin müavini Dimitri Kerkentzes deyib.

"Expo Azərbaycanın potensialını göstərmək üçün növbəti imkan olacaq. Burada olarkən biz gördük ki, Azərbaycan üçün bu layihə milli əhəmiyyət daşıyır".

BIE araşdırma missiyası aprelin 16-dan 19-a qədər Bakıda olub.

Azərbaycan 10 May -10 noyabr tarixlərində Bakı EXPO 2025 sərgisini təşkil etməyi təklif edib. Sərginin təklif olunan mövzusu "İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin qurulması"dır.


Xəbərə aid fotolar