Klopp: "Futbolçulara dedim, gəlin, çılpaq məşq edək"


İdman 19 Apr 2018 20:05:00 298 0

Klopp: "Futbolçulara dedim, gəlin, çılpaq məşq edək"

Liverpool-un baş məşqçisi Yurqen Klopp bu mövsüm parlaq oyun göstərən Məhəmməd salah haqqında fikir bildirib. Goal.az xəbər verir ki, alman mütəxəsis media və azarkeşlərin 25 yaşlı yarımmüdafiəçiyə diqqətindən digər futbolçuların narahat olmadığını qeyd edib.

"Bizim əla kollektivimiz var. Bütün futbolçular Salahın səbəb olduğu ajoitajdan xoşlanır. Çempionlar Liqasında Manchester City ilə oyundan öncə isinməyə çıxanda uşaqlara dedim: "Gəlin, çılpaq məşq edək. Onsuz da heç kim sezməyəcək, hər kəs Salaha baxır". İndi bizi Roma-ya qarşı oyun gözləyir. Səs-küyün azalacağını gözəmirəm. Bu, bizə problem yaratmır. Futbolçular komandada əla ab-hava yaradıb. Güclü kollektiv üçün müsbət atmosfer önəmlidir. Bəzi klublarda yaxşı futbolçular olsa da, komanda yoxdur. Hiss edirəm ki, bütün uşaqlar baş verənlərə görə sevinir".