Ermənistanda nümayişçilərlə polislər arasında toqquşma olub, saxlanılanlar var


Dünya 19 Apr 2018 18:58:41 319 0

Ermənistanda nümayişçilərlə polislər arasında toqquşma olub, saxlanılanlar var

Aksiya iştirakçılarından ikisi Gümrüdəki tibbi mərkəzə yerləşdirili

Ermənistanın Gümrü şəhərindəki Vardanants meydanında aksiya iştirakçıları ilə polislər arasında toqquşma baş verib.

"Report"un "Sputnik Armeniya"ya istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları yürüş təşkil etmək istəyərkən polislər onlara mane olub və nəticədə bir neçə etirazçı saxlanılıb.

Onlardan ikisi Gümrüdəki tibbi mərkəzə yerləşdirilib.