"Barcelona" fransalı müdafiəçi ilə danışıqları davam etdirir


İdman 19 Apr 2018 18:51:00 275 0

"Barcelona" fransalı müdafiəçi ilə danışıqları davam etdirir

"Barcelona" fransalı müdafiəçi Samuel Umtitinin buraxılış qiymətini artırmaq istəyir. Goal.az xəbər verir ki, katalonlar 24 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır. Rəhbərlik tərəfindən təklif edilən ilk 2 müqavilə futbolçunu qane etməyib. Onun daha çox məvacib almaq istədiyi deyilir. "Barcelona" Umtitinin məvacibini artırmaqla digər futbolçuların narazılığına səbəb olacağından ehtiyat edir. Fransa millisinin üzvü ilə "Barcelona"arasındakı müqavilə 2021-ci ildə başa çatır. Onun buraxılış qiyməti 60 milyon avrodur.