İngilis futbolçulara rus qızlarla görüşmək qadağası


İdman 19 Apr 2018 18:30:00 290 0

İngilis futbolçulara rus qızlarla görüşmək qadağası

"İngilis futbolçular rus qızlarından uzaq durmalıdılar. Buna hamılıqla əməl etmək lazımdır".

Goal.az xəbər verir ki, İngiltərə Kəşfiyyat İdarəsinin rəsmisi Anton Qlis milli üzvlərinə xəbərdarlıq edib. Rus qadınların mundial zamanı ingilis futbolçuları yoldan çıxaracağını ehtimal edən İngiltərə Kəşfiyyat İdarəsi oyunçuların şantaj olunacağından ehtiyatlanır. Kremlin hər vasitə ilə İngiltərənin çempionluğunun qarşısını alacağını vurğulayan Qlis rusların futbolçuları zəhərləmə və ya rus qızları ilə əlaqəyə sövq etmə kimi vasitələrə də əl atacağını söyləyib.

Rəsmi Moskva isə İngiltərənin iddiaları ilə razılaşmır və sübutlar tələb edir.

Qeyd edək ki, xəbərdarlıqlardan sonra İngiltərə Futbol Assosiasiyası futbolçuların ərzaq ehtiyaclarının hökumət tərəfindən qarşılanacağını açıqlayıb.