Nazim məhkəmənin qərarına etiraz etdi:


Şou-biznes 19 Apr 2018 18:12:00 260 0

Nazim məhkəmənin qərarına etiraz etdi:

Xəbər verdiyimiz kimi, "Faytonçu Nazim" ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin "Elmed" klinikasının cərrahı Elman Əzimova qarşı qaldırdığı iddia əsasında məhkəmə iclası başa çatıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, hakim Almaz Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə sənətçinin iddiası təmin edilməyib.

Məsələ ilə bağlı əməkdaşımıza açıqlama verən Nazim qərarla razılaşmayacağını deyib. O, hər şeyin ortada olduğunu, məhkəmənin ədalətsiz qərar verdiyini söyləyib:

"Bir məhkəmə ilə iş bitmir. İş hələ şəhər məhkəməsinə gəlməyib. Bundan sonra Apellyasiya məhkəməsinə müraciət edəcəm. Mənim nəyisə sübut etməyə ehtiyacım yoxdur. Hər şey göz qabağındadır. Daha məhkəməyə nə sübut təqdim edim ki?".