Aİ səfiri: "IMAGINE Tolerantlıq Festivalını ənənə halına salmaq istəyirik"


Digərləri 19 Apr 2018 18:04:07 275 0

Aİ səfiri: "IMAGINE Tolerantlıq Festivalını ənənə halına salmaq istəyirik"

Festival mayın 2-dən 17-dək keçiriləcək

"IMAGINE festivalını gələcək nəsillər üçün tolerantlıq bayrağı altında Aİ və digər ölkələri birləşdirəcək ənənə halına salmaq istəyirik".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas Bakıda İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi və Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin 10 illiyinə həsr olunmuş 2-ci IMAGİNE Avropa Tolerantlıq Festivalının açılışı ilə əlaqədar mətbuat konfransında deyib.

Polşanın Azərbaycandakı səfiri Marek Tsalka da tədbirin əhəmiyyətini qeyd edib: "Bu festival tolerantlıq ideyalarının, eləcə də Azərbaycan və Aİ arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə yardım edəcək".

Festival mayın 2-dən 17-dək keçiriləcək. Festivala Aİ ölkələrindən əlavə, Braziliya, Kosta Rika, İsrail, Moldova, Peru, ABŞ, Meksika və başqa ölkələr də qatılacaqlar.

Festival çərçivəsində musiqi tamaşaları, master klaslar, teatr sərgiləri, tolerantlıq mövzusunda olan 40-dan çox sənədli filmin nümayişi nəzərədə tutulur.