Prezidentin imzaladığı fərmanla 8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək


Digərləri 19 Apr 2018 17:34:00 153 0

Prezidentin imzaladığı fərmanla 8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Trend-in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrini icra edən Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib ki, ilkin informasiyaya görə bu fərman 8800 şəxsə şamil olunacaq.