Rafael: "Manchester United"lə bağlı hər şeyi sevirdim"


İdman 19 Apr 2018 17:06:00 270 0

Rafael: "Manchester United"lə bağlı hər şeyi sevirdim"

2015-ci ildə "Manchester United"dən "Lyon"a transfer olunan Rafael 7 il formasını geyindiyi klubdan ayrılması haqqında danışıb. Goal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi "United"in sabiq baş məşqçisi Lui van Qaalın onun taleyinə 1 dəqiqə ərzində qərar verdiyini bildirib.

"Van Qaal məni otağına çağırdı. Söhbətimiz bir dəqiqə sürdü. Mənə klubumu dəyişməyə icazə verdi. Getməyim vaxt aldı. Çox məyus olmuşdum, "Manchester United"lə bağlı hər şeyi sevirdim".

Rafael Aleks Ferqyussonun dönəmində 3 dəfə Premyer Liqanın qalibi olmuşdu. 2014-cü ildə Lui van Qaalın baş məşqçi təyin olunmasından sonra braziliyalı futbolçu cəmi 11 oyunda meydana çıxmışdı.