Prezidentin bu fərmanı orduda böyük ruh yükəkliyi yaradacaq General Aydəmirov


Digərləri 19 Apr 2018 16:39:00 252 0

Prezidentin bu fərmanı orduda böyük ruh yükəkliyi yaradacaq  General Aydəmirov

"Ali Baş Komandanımız, prezident İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı orduda, Silahlı Qüvvələrimizdə xidmət edən hər kəsdə böyük ruh yüksəkliyi yaradacaq. Bununla onlar görür ki, hərbi əməliyyatlar zamanı şəhid olmuş və itkin düşmüş şəxslərin ailələrinə dövlət tərəfindən lazımi qayğı göstərilir. Odur ki, belə bir addım bütün zabit, gizir və əsgərlər, ümumilikdə şəxsi heyətdə ruh yüksəkliyinin artmasına təsir edəcək və onlar daha böyük həvəslə döyüş tapşırıqlarını yerinə yetirməyə can atacaqlar". 

Bunu Son.az-a açıqlamasında sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Generalın fikrincə, belə bir fərmanın verilməsi bütün aspektlərdən baxanda cəmiyyətimiz tərəfindən alqışlanmalıdır: "Azərbaycanın hər bir övladı Vətənin müdafiəsində durmalı, yeri gələndə onun uğrunda canından keçməlidir. Ali Baş Komandanın bu fərmanı isə şəhid olmuş və itkin düşmüş Azərbaycan vətəndaşlarının ailələlərinə sosial yardım məqsədi daşıyır. Hər bir əsgər, hər bir hərbçi biləcək ki, o, döyüş tapşırıqlarını yerinə yetirərkən onun ailəsinə, övladlarına dövlət tərəfindən qayğı yüksək səviyyədə olacaq. Buna ölkəmizin maddi imkanları da var. Ali Baş Komandan ona görə belə bir fərman verib ki, onlar ən azından maddi baxımdan nəyəsə ciddi ehtiyac duymasınlar. Bu çox müsbət addımdır və bunu çox yüksək qiymətləndirirəm".