Ombudsmana qiymət bahalığı, müalicənin nəticəsizliyi ilə bağlı şikayət olundu


Digərləri 19 Apr 2018 16:12:00 215 0

Ombudsmana qiymət bahalığı, müalicənin nəticəsizliyi ilə bağlı şikayət olundu

2017-ci ildə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) ünvanına daxil olan bir sıra müraciətlərdə özəl tibb müəssisələrində müalicə və müayinənin təşkilində yol verilmiş ciddi pozuntular, qiymətlərin olduqca baha olması, müalicənin nəticəsiz qalması kimi hallar öz əksini tapıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində bildirilib.