Xarici mətbuatda şərqşünas alim Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqalə dərc olunub


Digərləri 19 Apr 2018 15:17:00 273 0

Xarici mətbuatda şərqşünas alim Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqalə dərc olunub

Küveyt Universitetinin geniş oxucu auiditoriyasına malik həftəlik dərc olunan Afaq qəzetində Universitetin Dillər Mərkəzində təhsil alan azərbaycanlı tələbə Elnurə Süleymanovanın ərəbşünas, filologiya elmləri doktoru, şərqşünaslıq üzrə professor Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqaləsi dərc olunub.

Son.az xəbər verir ki, Azərbaycanın Küveytdəki səfirliyindən Trend-ə verilən məlumata görə, sözügedən məqalədə professor Aida İmanquliyevanın orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə daxil olması və elə həmin universitetin Şərq xalqları və ədəbiyyat tarixi kafedrasını fərqlənmə diplomu ilə bitirməsi və daha sonra keçmiş SSRİ EA Asiya xalqları İnstitutunun aspiranturasında təhsil alm barədə məlumat verilib.

Məqalədə A.İmanquliyevanın qısa müddət ərzində namizədlik dissertasiyasını müdafiə etməsi, məhcər ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mixail Nuaymə və Cübran Xəlil Cübran haqqında monoqrafiyalar yazması və öz istedadı və əməksevərliyi sayəsində qısa zaman kəsiyində keçmiş Sovet İttifaqında yeni ərəb ədəbiyyatının ən tanınmış mütəxəssislərindən birinə çevrildiyi barədə geniş məlumat verilib.


Xəbərə aid foto