Azərbaycanda abort etdirən qadınların statistikası açıqlandı


Digərləri 19 Apr 2018 14:55:00 266 0

Azərbaycanda abort etdirən qadınların statistikası açıqlandı

Keçən il Azərbaycanda 37 618 qadın abort etdirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Baş mama-ginekoloqun sözlərinə görə, həmin qadınlar əsasən 18-25 yaşlı qadınlar olub: "Heç bir qadında abortdan sonra fəsadlaşma baş verməyib, yəni ölüm halı qeydə alınmayıb".