Azərbaycanın sığorta bazarı 28% böyüyüb - YENİLƏNİB


İqtisadiyyat 19 Apr 2018 14:48:00 275 0

Azərbaycanın sığorta bazarı 28% böyüyüb - YENİLƏNİB

Bu ilin I rübündə 21 yerli sığorta şirkəti 193 mln. manat sığorta haqqı toplayıb

Builin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti illik müqayisədə 28,2% çox -193,1 mln. manat sığorta haqqı toplayıb, 1 il bundan əvvələ nisbətən demək olar ki, eyni -60,3 mln. manat sığorta ödənişi həyata keçirib.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, könüllü sığorta bazarı üzrə daxilolmalar 157,1 mln. manat, ödənişlər isə 44.4 mln. manat, icbari sığorta bazarı üzrə daxilolmalar 36 mln. manat, ödənişlər isə 15.9 mln. manat olub.

I rübdəsığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,2 manatı ödəniş edilib. 2017-ci ilin müvafiq dövründə bu göstərici 40 manat olub.