Hindistandan Azərbaycana dəvət


Digərləri 19 Apr 2018 14:45:00 223 0

Hindistandan Azərbaycana dəvət

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana iki ölkə arasında enerji sahəsində, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək məqsədilə Energetika naziri Pərviz Şahbazovla görüşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, səfir Rana qeyd edib ki, Hindistan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə məhsulun pay bölgüsündə Hindistanın ONGC Videsh Ltd neft şirkətinin iştirakından məmnundur. Səfir Hindistan şirkətlərinin energetika və neft-kimya sahələrində apstrim və daunstrim layihələrində iştirak etməkdə maraqlı olduqlarını bildirib.

Nazir Şahbazov Hindistan şirkətlərinin Azərbaycandakı layihələrə marağını alqışladığını bildirib. O, həmçinin Hindistan şirkətlərini bərpa olunan enerji layihələrinə, xüsusilə Azərbaycanda külək və günəş enerjisinə investisiya yatırmağı nəzərdən keçirməyə dəvət edib və hökumətin bu sahədə yerli və xarici investorların iştirakını asanlaşdırmaq üçün yeni qaydalar hazırladığını qeyd edib.