Səhiyyə Nazirliyi bu il baş vermiş ana ölümlərinin sayını AÇIQLADI


Digərləri 19 Apr 2018 14:29:04 252 0

Səhiyyə Nazirliyi bu il baş vermiş ana ölümlərinin sayını AÇIQLADI

Bu il baş verən ana ölümləri ilə bağlı 12 nəfərə töhmət elan olunub, hətta həbs olunan da var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.

S.Məmmədovanın sözlərinə görə, keçən il baş verən 20 ana ölümünə görə 50-dən artıq tibb işçisi inzibati tənbeh tədbirlərinə cəlb olunub. Onlar arasında həm dövlət, həm də özəl tibb müəssisələrinin işçiləri olub.

Baş mama-ginekoloq qeyd edib ki, bu ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü faktı qeydə alınıb: "Son iki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici yüksək deyil. Ana ölümlərinin əsas səbəbləri baş beyində qan sızması, ürək xəstəliyi, böyrək və qaraciyər çatışmazlığı, endokrinoloji patologiyası olan piylənmə və s. olub".