“Hafka”nın şirkəti və oğullarının bankı ilə bağlı


Digərləri 19 Apr 2018 14:36:00 275 0

“Hafka”nın şirkəti və oğullarının bankı ilə bağlı

Bakı Apellyasiya Məhkəməsində ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin "Baghlan Group" FZCO şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, bankın apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə ləğv olunub. Məhkəmə ASC-nin iddiasının təmin edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, ləğv prosesində olan "Bank of Azerbaijan" ASC "Baghlan Group" FZCO şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyini məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank kredit müqaviləsi üzrə borcun qaytarılması barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib.