"Çudo Peçka”nın sahibinin məhkəməsi "13 milyon manat çatışmazlıq olub"


Digərləri 19 Apr 2018 14:23:00 269 0

"Çudo Peçka”nın sahibinin məhkəməsi  "13 milyon manat çatışmazlıq olub"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elvin Səfərov dindirilib.

O, təqsirləndirilən Ç.Cəlilovun vəkili Janna Bağırovanın vəsatəti əsasında məhkəməyə dəvət edilib.

Ekspertizanın rəyinə əsasən, ümumilikdə 13 milyon manat çatışmazlıq olub.

J.Bağırova ekspertə 5 sualının olduğunu və cavabların yazılı şəkildə verilməsi ilə bağlı vəsatət verib.

Ekspert qeyd edib ki, suallara yazılı şəkildə cavab verilməsi hazırda mümkün deyil: "Belə anladım ki, siz yenidən ekspertiza təyin etmək istəyirsiniz. Yazdığım rəyə cavabdehəm. Lakin burda elə suallar var ki, mən yenidən həmin iş materiallarına baxıb, sizin suallarınıza cavab verməliyəm. Bu o deməkdir ki, iş idarəyə qaytarılmalıdır".

Vəsatət təmin edilməyib. Hakim bildirib ki, ekspert suallara şifahi cavab verməlidir.

Hakim ekspertə vaxt verib.