"Taleh Xasməmmədov üç polis əməkdaşına xəsarət yetirdiyi üçün saxlanılıb" DİN


Digərləri 19 Apr 2018 14:28:06 291 1

"Taleh Xasməmmədov üç polis əməkdaşına xəsarət yetirdiyi üçün saxlanılıb"  DİN

Hüquq müdafiəçisi Taleh Xasməmmədov saxlanılıb.

Son.az xəbər verir ki, bu barədə APA-ya T.Xasməmmədovun yaxınları məlumat verib.

Onların sözlərinə görə, hüquq müdafiəçisi bu gün Göyçay Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub. Onun saxlanılmasının səbəbləri hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11 radələrində Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları xidmətdə olarkən yol-hərəkət qaydasını pozan BMW markalı avtomobili saxlayıblar: "Yol polisinin əməkdaşı istifadəsində olan bort-kompyuterə nəqliyyat vasitəsinin məlumatlarını daxil edərkən onun barəsində həbs qərarının olması müəyyən edilib və avtomobili qanuna müvafiq qaydada duracağa yerləşdiriblər.