Azərbaycan sığortaçıları bu ilin I rübündə 193 mln. manat sığorta haqqı toplayıb


İqtisadiyyat 19 Apr 2018 14:11:05 274 0

Azərbaycan sığortaçıları bu ilin I rübündə 193 mln. manat sığorta haqqı toplayıb

Sığorta şirkətlərinin ödənişləri isə 60 mln. manat təşkil edib

Builin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti 193,1 mln. manat sığorta haqqı toplayıb, 60,3 mln. manat sığorta ödənişi həyata keçirib.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, könüllü sığorta bazarı üzrə daxilolmaları 157,1 mln. manat, ödənişlər isə 44.4 mln. manat, icbari sığorta bazarı üzrə daxilolmaları 36 mln. manat, ödənişlər isə 15.9 mln. manat olub.