Əməkdar artist canlı yayımda ÜSYAN ETDİ:


Digərləri 19 Apr 2018 14:08:52 237 0

Əməkdar artist canlı yayımda ÜSYAN ETDİ:

Bu gün "Onda başladıq" verilişində qonaqlardan biri əməkdar artist Gülüstan Əliyeva olub.

Son.az xəbər verir ki, adətən efirdə sakit, təmkinli davranışı ilə görməyə alışdığımız xanım müğənni bu dəfə emosiyalarına hakim ola bilməyib.

Gülüstan xanım mövzusu "bayağı mahnılar" olan verilişdə sərt mövqeyini ortaya qoyub:

"Bu gün hər şey reklama bağlıdır. Çox pul qazandıran mahnı pis mahnı deyil. Pis mahnını "raskrutka" etmək imkanında olan adamlar daha çoxdur. Pis mahnını daha çox "raskrutka" edib, onu insanların beyninə yeridərək, populyarlaşdırırlar. Yaxşı mahnını oxuyan müğənni - mən Gülüstan Əliyeva, pulum yoxdur ki, verib "raskrutka" edib, camaata sevdirəm. Ən pis mahnını da 10-11-ci dəfə dinləyəndə başını, ayağını tərpədirsən. O pis mahnıları reklam etmək qabiliyyətində olan imkanlı insanlar bu gün daha çoxdur".