Bakıda 2 küçə və 1 prospektdə hərəkət qismən məhdudlaşdırılır – XƏRİTƏ


Digərləri 19 Apr 2018 13:51:00 327 0

Bakıda 2 küçə və 1 prospektdə hərəkət qismən məhdudlaşdırılır – XƏRİTƏ

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Nərimanov rayonu Həsənoğlu və Fətəli xan Xoyski küçələrində 19 aprel 2018-ci il tarixində axşam saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, çəhdudlaşdırma adı çəkilən ünvanlarda üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədardır. Qismən məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.