Vahid Ələkbərov Rusiyanın 4cü ən varlı iş adamıdır


Digərləri 19 Apr 2018 13:28:00 280 0

Vahid Ələkbərov Rusiyanın 4cü ən varlı iş adamıdır

"Forbes Russia" 15-ci dəfə Rusiyanın ən zəngin iş adamlarının reytinqini açıqlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, 2017-ci il ərzində 200 rusiyalı biznesmenin sərvəti 25 mlrd. dollar artaraq 485 mlrd. dollara çatıb.

Ümumilikdə, rusiyalı milyarderlərin sayı 96-dan 106-ya yüksəlib.

Təhlil göstərir ki, 2016-cı ildə olduğu kimi ötən il ərzində də ən çox metallurgiya sahəsində fəaliyyət göstərən iş adamları varlanıb. Bu dəfə reytinqə Novolipetsk metallurgiya kombinatının sahibi Vladimir Lisinin başçılıq edir. Onun sərvəti 19,1 mlrd. dollara çatıb. "Severstal"ın sahibi Aleksey Mordaşov isə 18,7 mlrd. dolarla ikinci pillədə qərarlaşıb.