Skoulz: "Poqba belə oynamağa davam etsə..."


İdman 19 Apr 2018 13:23:00 273 0

Skoulz: "Poqba belə oynamağa davam etsə..."

"Manchester United" İngiltərə Premyer Liqasının 35-ci turunda "Bournemouth"a 2 cavabsız qolla qalib gəlib. Goal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın sabiq kapitanı Pol Skoulz fransalı yarımmüdafiəçi Pol Poqbanın çıxışını dəyərləndirib.

"Poqbanın istedadına heç kim şübhə edə bilməz. Onu birinci dəfədir görmürük. Bazar günü keçirilən oyundakı təzyiqə baxmayaraq, "Bournemouth"a qarşı yaxşı təsir bağışladı. Daha sadə oynadı. Belə oynamağa davam etsə, həqiqətən ondan yaxşı futbolçu olmayacaq" - Skoulz deyib.