Bakıda “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfrans keçirilib FOTO


Digərləri 19 Apr 2018 13:10:00 245 0

Bakıda “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfrans keçirilib  FOTO

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər" adlı konfrans keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri, millət vəkilləri və ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, din xadimləri, gənclər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan DQİDK sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, konfransda milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın multikultural və tolerant ənənələrinin daha da gücləndirilməsi sahəsində görülən işlər və bu sahədə qarşıda duran məsələlər müzakirə ediləcək.


Xəbərə aid fotolar