CSKA ardıcıl 17-ci dəfə Avrokuboklarda


İdman 19 Apr 2018 13:05:00 290 0

CSKA ardıcıl 17-ci dəfə Avrokuboklarda

Rusiya Premyer Liqasında 23-cü turdan təxirə salınmış görüşdə CSKA Moskva "Amkar"a 3:0 hesabıyla qalib gəlib. Goal.az xəbər verir ki, turnir cədvəlində 3-cü pilləyə yüksələn "ordu klubu" ardıcıl 17-ci dəfə Avrokuboklarda iştirakını təmin edib. CSKA mövsümü ən azı 5-ci pillədə tamamlayacaq ki, bu da Avropa Liqasına vəsiqə imkanı verir. Moskva təmsilçisi sonuncu dəfə 2001/02 mövsümündə Avrokuboklarda oynamamışdı. 2002/03 mövsümündən Avroliqa və Çempionlar Liqasında çıxış edən CSKA bu baxımdan Rusiya klubları arasında rekordçudur. Qeyd edək ki, sözügedən klub 2005-ci ildə UEFA Kubokunun qalibi olub.