"Qızımı qaldırıb yerə çırpdı" Sevgilisi tərəfindən qaçırılan ananın 16 illik fəryadı VİDEO FOTO


Digərləri 19 Apr 2018 12:43:00 261 0

"Qızımı qaldırıb yerə çırpdı"  Sevgilisi tərəfindən qaçırılan ananın 16 illik fəryadı  VİDEO  FOTO

ARB TV-nin "Sirdaş Rövşanə" proqramına bu dəfə əri tərəfindən zorakılığa məruz qalmış qadın müraciət edib.

Gülər adlı şikayətçi 16 il qeyri-rəsmi nikahda olduğu ərinin içki düşgünü olduğu və artıq dözülməz şəraitdə yaşadığını bildirib: "Atam və qardaşlarım rəhmətə gedib. 3 övladım var. Yoldaşım içki düşkünüdür. Evdə, küçədə, kafedə içir doymur. Bıçağı, baltanı götürür uşaqları qorxudur. Kiçik qızımı qaldırıb çırpdı yerə. Bacısı da elə bildi ki, ölüb, polisə şikayət elədi. Uşaq indi ağrıyır. Məni aldadıb qaçırmışdı".


Xəbərə aid fotolar