"Liverpool" yeni mövsümdə ev oyunları üçün formasını təqdim edib


İdman 19 Apr 2018 12:48:00 299 0

"Liverpool" yeni mövsümdə ev oyunları üçün formasını təqdim edib

"Liverpool" 2018/19 mövsümü üçün ev formasını təqdim edib. Goal.az xəbər verir ki, "New Balance" firması tərəfindən hazırlanan dəst ənənəvi qırmızı rəngdədir. Yazılar və ştrixlər ağdır. Yeni forma retro stildə hazırlanıb. Klub 125 illik yubileyi münasibətilə buna üstünlük verib. "Liverpool" təsadüfi yolla 30 azarkeşə bu formanı pulsuz verəcək. Eyni zamanda klub akademiyasında təhsil alan 125 uşağa da yeni idman dəsti hədiyyə olunacaq. Formalar mayın 11-də satışa çıxarılacaq. Qiymətlər 10 funtdan başlayacaq.