Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək


Digərləri 19 Apr 2018 12:07:00 268 0

Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək

Maddi dəstək alacaq din xadimlərinin siyahısı dəqiqləşdirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, maddi dəstək alacaq din xadimlərinin siyahısı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilib və hazırda fond bu məsələni dəqiqləşdirir.

M.Qurbanlı bildirib ki, Fondla Qafqaz Müsəlmanları İdarəsi bu istiqamətdə fəaliyyət göstərir. Onun sözlərinə görə, Himayəçilər Şurasında da bu məsələ müzakirə edilib.