"Koza Nostra" və "Kamorra" mafiyalarına zərbə - 100-ə yaxın həbs


Digərləri 19 Apr 2018 12:07:00 237 0

"Koza Nostra" və "Kamorra" mafiyalarına zərbə - 100-ə yaxın həbs

İtaliyanın cənubunda 3 şəhərdə mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Bakı. Orxan Nəbiyev - İtaliyanın cənubunda 3 şəhərdə mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib. Trend-in məlumatına görə, Siciliya vilayətinin Trapani şəhərində "Koza Nostra" mafiyasının 21 üzvü saxlanılıb. Bunda başqa, təşkilatın nüfuzlu rəhbərlərindən biri, dünyada ən təhlükəli cinayətkarlardan hesab olunan və 25 ilə yaxındır ki, axtarışda olan Matteo Messina Denaronun həbsinə əmr verilib.