Bitkoinlə ticarət 10 ölkədə cinayət hesab olunur


İqtisadiyyat 19 Apr 2018 11:55:28 243 0

Bitkoinlə ticarət 10 ölkədə cinayət hesab olunur

107 ölkədə aparıcı kriptovalyuta ilə ticarətə məhdudiyyət tətbiq edilmir

Dünyadakı 250 ölkədən 107-də aparıcı kriptovalyuta satılan bitkoinlə ticarətə məhdudiyyət təqbiq edilmir.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, 10 ölkədə bitkoin alıb-satmaq qanunla qadağandır və cinayət hesab olunur. Bunlar Vyetnam, Vanuatu, Makedoniya, Qatar, Mərakeş, Ekvador, Boliviya, Banqladeş, Əlcəzair və Əfqanıstandır.

8 ölkədə -Amerika Samoası, Çin, Misir, Hindistan, İndoneziya, Nepal, Səudiyyə Ərəbistanı və Zambiyada isə bitkoinlə ticarət məhdudlaşdırılıb.

Qalan 125 ölkədə bitkoinə rəsmi münasibət barədə isə məlumat yoxdur.

Bitkoni valyuta kimitanıyan və tanımayan ölkələlərin tam siyahısı iləhttps://coin.dance/poli linki vasitəsilə tanış olmaq mümkündür.