“Həyat yoldaşım ən pis anlarda zəng edir”


İdman 19 Apr 2018 11:48:00 270 0

“Həyat yoldaşım ən pis anlarda zəng edir”

Chelsea-nin baş məşqçisi Antonio Kontenin Premyer Liqada Burnley ilə XXXI turdan təxirə salınmış oyundan öncə keçirdiyi mətbuat konfransı zamanı maraqlı anlar yaşanıb.

İtalyan mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən həyat yoldaşı ona zəng edib.

Konte həmin anları belə şərh edib: “Həyat yoldaşımdır. Həmişə ən pis anlarda zəng edir. Məni cərimələyə bilərsiniz. Çox təəssüf, eyni situasiya burda sizin başınıza gəlsə, əsəbiləşərdim”.