Bakıda doğma qardaşını öldürən şəxsin məhkəməsi başladı


Digərləri 19 Apr 2018 11:46:00 179 0

Bakıda doğma qardaşını öldürən şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndrilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndrilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxsin qonşusu Vaqif Kazımov bildirib ki, hər iki şəxsi normal insan kimi tanıyıb: "Həmişə çox sakit olublar, onların evindən heç vaxt səs-küy gəlməyib. Yatsam, yuxuma girməzdi ki, Əli qardaşı Muradı öldürər. Hadisə vaxtı evdə idim, qonşuların səsinə çıxdım. Gördüm Muradın meyiti çöldədir. Bu zaman anası dedi ki, qardaşı vurub öldürüb. Atası işdə idi, zəng edib çağırdıq". Növbəti proses aprelin 25-nə təyin edilib.