İranın cənubunda güclü zəlzələ olub


Dünya 19 Apr 2018 11:24:25 223 0

İranın cənubunda güclü zəlzələ olub

Zəlzələnin episentrindəki titrəyişlərin intensivliyi onun "dağıdıcı" olması barədə xəbər verir

İranın cənub hissəsində maqnitudası 5,8 olan zəlzələ qeydə alınıb.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin məlumatına görə, Buşehr şəhərindən 102 km cənub-şərqdə baş verən zəlzələ bu səhər qeydə alınıb.

Zəlzələnin episentrindəki titrəyişlərin intensivliyi onun "dağıdıcı" olması barədə xəbər verir.