“Söhbət açıldı, o da verdi”


Kriminal 19 Apr 2018 11:21:00 254 0

“Söhbət açıldı, o da verdi”

Bakının Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Cabbarovdan çəkisi 1 kiloqramdan artıq heroin götürülüb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib. Vüqar Cabbarov (saxlanılan şəxs): "Köhnə iranlı dostumdan götürmüşəm. Mən özüm istifadəçisiyəm. Söhbət açıldı, o da verdi". Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.


Xəbərə aid foto