Nərimanovda 5 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb


Digərləri 19 Apr 2018 11:27:00 221 0

Nərimanovda 5 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bakı. Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Bu istiqamətdə aprelin 18-də həyata keçirilən tədbirlər nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən Trend-ə verilən məlumata görə, əldə edilmiş məlumat əsasında Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Eşqin Nəzərovdan çəkisi 5 kiloqram 150 qram marixuana götürülüb. Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suqovuşan kənd sakini Emin Qasımova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.