Yük maşını yolda sədləri "biçib" aşdı FOTO


Digərləri 19 Apr 2018 11:07:00 372 0

Yük maşını yolda sədləri "biçib" aşdı  FOTO

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtmobil yolunun 110-cu km-də, magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, Hacıqabul şəhəri istiqamətdə hərəkətdə olan 99-JF-057 dövlət nömrə nişanlı "MAN" markalı yük maşınının sürücüsü naməlum səbəbdən idarə etməni itirib və yük maşını yol ayrıcında quraşdırılmış metal təhlükəsizlik səddini dağıdaraq qarşı tərəfə çıxmaqla aşıb.

Baş vermiş qəza nəticəsində yol ayrıcında quraşdırılmış 60 paqon-metr uzunluğunda əyri-xətli dəmir tirlər sıradan çıxıb. İlkin hesablamalara görə, yol təsərrüfatına 4 min manata yaxın ziyan dəyib.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

Yusif Nəsirli Son.az


Xəbərə aid fotolar