“Youtube”da rekord qıran azərbaycanlı müğənnilər SİYAHI


Şou-biznes 19 Apr 2018 10:39:00 334 0

“Youtube”da rekord qıran azərbaycanlı müğənnilər  SİYAHI

Hər nə qədər bayağı mahnıları tənqid edib, onları aşılamamağa çalışsaq da, sosial media buna imkan vermir.

Xüsusilə, "Youtube" video hostinqi və trend anlayışı bu istəklərimizi alt-üst edir. Gündəm nə qədər dəyişsə də, ən çox baxılan və görülən paylaşımlar dəyişmir.

Son.az oxu.az-a istinadən "Youtube"da ən çox izlənilən və dinlənilən azərbaycanlıların "Top 15" siyahısını təqdim edir:

15-ci pillədə "Düşün məni" mahnısı ilə məşhurlaşan Elvin Mirzəzadə var. O, 9 milyon 800 mindən çox baxış sayı toplayıb.

14-cü yer sosial mediada "tufan qoparan" Damlanındır. Azərbaycan dilində heç bir mənası olmayan "Bilirmisən" sözü ilə adlandırılan klipinin izlənmə sayı 9,9 milyondur.

"Gecə-gecə" mahnısı Asif Məhərrəmovun təqdimatı ilə "Youtube"da 10,9 milyon baxış sayını ötüb. O, 13-cü pillədə qərarlaşıb.

"Cover" mahnılarla məşhurlaşan Nigar Muharremin türkiyəli DJ Alper Eğrinin remiks versiyasını hazırladığı "Galiba" adlı ifası 11,9 milyonla 12-ci yerdədir. 

11-ci yer isə Şəbnəm Tovuzlu və Talıb Talenindir. Bir il ərzində "Narın narın" baxış sayı toplayan klipi izləyənlərin sayı 12 milyona çatıb.

"Top 10"luğa nəzər salanda bizi ilk qarşılayan iki nəfər olur. "Səndən birdənədir" deyib 2016-cı ilin yayında hit olan Miri Yusif və Röyanın mahnısı 13 milyon 700 mindən çox insanın diqqətini cəlb edib. 

Doqquzuncu pillədə qarşımıza yenidən Şəbnəm Tovuzlu çıxır. Onun Türkiyədə də məşhurlaşan "Qadasın alaram" mahnısı nə az, nə çox, 14 milyona yaxın görüntülənib.