Yeni Baku Elektronics Nərimanov fəaliyyətə başlayıb


Digərləri 19 Apr 2018 10:40:00 384 0

Yeni Baku Elektronics Nərimanov fəaliyyətə başlayıb

Azərbaycanda məişət texnikası və elektronika sahəsində ən nəhəng dilerlərdən olan Baku Electronics müştərilərini sevindirməkdə davam edir. Alıcılarına keyfiyyətli və sərfəli məhsul təqdim edən şirkət həmişə olduğu kimi bu dəfə də müştərilərinə bir addım yaxın oldu.

Belə ki, aprelin 18-də metronun "Nəriman Nərimanov" stansiyasının çıxışında Baku Electronics elektronika və məişət texnikası hipermarketinin qapılarını alıcılarının üzünə açdı. Baku Electronics-ə məxsus olan hər yeni mağazanın əvvəlki konsepsiyasından fərqləndiyi hamımıza məlumdur. Baku Elektronics Nərimanov isə, sadəcə, əvvəlki konsepsiyalardan fərqlənmədi, dünyanın ən məşhur brendlərini bir araya gətirməklə nəinki Azərbaycanda, Qafqazda ən böyük məişət texnikası mərkəzinə çevrildi. 

Ümumi sahəsi 2500 kvadrat metrdən artıq olan mağazada hər 3 mərtəbə fərqli məhsullar təqdim edən zonalar şəklindədir.  Bu isə alıcıların  hər hansı texnikanın seçimini rahat şəkildə təmin edir. 

Birinci mərtəbədə adəti üzrə televizorlar, smartfonlar, noutbuklar,  fotokameralar, həmçinin IT cihazlar, oyun əlavələri, simsiz qulaqcıqlar və s. təqdim olunur. Keyfiyyət məkanı kimi ən tələbkar alıcıları sevindirən Baku Electronics Nərimanov-da 24-dən 88 dyüm diaqonaladək Samsung, LG, Sony daxil olmaqla dünyanın ən aparıcı istehsalçılarına məxsus televizorları əldə etmək mümkündür. Mağazada, həmçinin Samsung, IPhone, LG, HTC, Moto, Motorola, Huawei, Xiomi və digər məşhur brendlərə məxsus smartfonların satışı təşkil olunur. Burada, eyni zamanda Apple, HP, Asus, Lenovo, Acer, Dell, IT-aksesuarları, Canon və Nikon fotokameralarını almaq olar.


Xəbərə aid fotolar