Yerevanda etirazçılar nazirlik binalarını blokadaya almağa çalışırlar


Dünya 19 Apr 2018 10:21:00 315 0

Yerevanda etirazçılar nazirlik binalarını blokadaya almağa çalışırlar

Yerevanda müxalifətin etiraz aksiyalarının iştirakçıları "Respublika" meydanında yerləşən bir neçə nazirlik binasını blokadaya almağa çalışırlar.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə yerində olan "TASS"ın müxbiri bildirib ki, polis bu cəhdlərin qarşısını almağa çalışır. Son dəqiqə 1 nəfərin saxlanıldığı barədə məlumat var.

Aksiyaçıların qarşısını almaq üçün nazirlik binalarının OMON dəstələri tərəfindən nəzarətə alındığı bildirilir.