"ShamkirChess 2018": Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq


İdman 19 Apr 2018 10:26:00 318 0

"ShamkirChess 2018": Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün ilk turun görüşləri keçiriləcək.

Goal.az-ın məlumatına görə, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Teymur Rəcəbovla Rauf Məmmədov isə qara fiqurlarla oynayacaq.

Veselin Topalov (Bolqarıstan) - Teymur Rəcəbov (Azərbaycan)

Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya)

Dinq Liren (Çin) - Radoslav Voytaşek (Polşa)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maqnus Karlsen (Norveç)

David Navara (Çexiya) - Rauf Məmmədov (Azərbaycan)

Görüşlər saat 15:00-da başlanacaq.

Qeyd edək ki, yarış dairəvi sistemlə 9 turdan ibarət olacaq.