ABŞ səfirliyi Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi


Dünya 19 Apr 2018 10:16:00 288 0

ABŞ səfirliyi Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ səfirliyi öz vətəndaşlarını Ermənistanda kütləvi etiraz aksiyalarının keçirildiyi yerlərə getməkdən çəkinməyə çağırıb.

Son.az report-a istinadən xəbər verir ki, ABŞ-ın Yerevandakı səfirliyi bu barədə rəsmi xəbərdalıq yayıb.

"ABŞ səfirliyi Ermənistanda davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri zorakılıq halları yarada bilər. Sizin təhlükəsizliyiniz üçün etiraz aksiyaları keçirilən yerlərdən kənar durmağı və hadisələrlə bağlı məlumatı KİV-dən izləməyi məsləhət görürük", - deyə xəbərdarlıqda bildirilib.