ABŞ müttəfiqlərinə silah ixracını sürətləndirəcək


Dünya 19 Apr 2018 09:37:00 320 0

ABŞ müttəfiqlərinə silah ixracını sürətləndirəcək

ABŞ müttəfiqlərinə silah və hərbi texnikanın ixrac prosesini sürətləndirmək niyyətindədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Şinzo Abe ilə birgə mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda "Amerika hərbi texnikasının Yaponiyaya satışı" məsələsinin sürətləndirilməsinə baxılır: "Biz səylərimizi yalnız Yaponiya üçün deyil, həm də digər müttəfiqlərimiz üçün fəallaşdırırıq ki, onlar bizdən texnika sifariş edəndə biz sifarişi onlara tez bir müddətdə çatdıra bilək".