Qırğızıstan Parlamenti hökumətə etimad etmədiyini elan etdi


Digərləri 19 Apr 2018 09:33:00 230 0

Qırğızıstan Parlamenti hökumətə etimad etmədiyini elan etdi

Qırğızıstan Parlamentinin deputatları baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər.

Bakı. Qırğızıstan Parlamentinin deputatları baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər. Trend-in məlumatına görə, bu barədə ölkənin qanunverci orqanının mətbuat xidmətindən bildirilib. Mətbuat xidməti qeyd edib ki, qərarı 101 deputat dəstəkləyib, 5 nəfər əleyhinə səs verib.