Departament tozdumanı ilə bağlı operativ iş rejiminə keçdi


Digərləri 19 Apr 2018 09:24:00 293 0

Departament tozdumanı ilə bağlı operativ iş rejiminə keçdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Son.az ETSN-ə istinadən xəbər verir ki, vavanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 19 aprel  2018-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 30 faiz  yuxarı olduğu qeydə alınıb.