"Ermənistan xalqı Sarkisyandan xilas olmaq üçün aksiyaları davam etdirməlidir"


Digərləri 19 Apr 2018 09:10:00 283 0

"Ermənistan xalqı Sarkisyandan xilas olmaq üçün aksiyaları davam etdirməlidir"

Ermənistan cəmiyyətində hakimiyyətə qarşı etiraz aksiyaları çoxdan olmalı idi.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistan cəmiyyəti Sarkisyan kimi, Balayan kimi hərbi canilərdən, cinayətkarlardan bezib:

"Hesab edirəm ki, təkcə Ermənistanda olan ermənilər yox, bütün dünya erməniləri ayağa qalxmalı, Ermənistan xalqını, dövlətini bu rüsvayçılıqdan qurtarmaq üçün Sarkisyan və onun kimiləri, onun komandasını hakimiyyətdən uzaqlaşdırmalıdır. Onlar layiqli cəzalarına çatmalıdır. İnanıram ki, bu hərəkat daha da alovlanacaq. Sarkisyan canidir, ona görə də bu prosesdə xəsarət alanlar olacaq, həbslər olacaq. Amma xalq inadından dönməməli, geri çəkilməməlidir. Ermənistan xalqı cəhd etməlidir ki, hakimiyyətdəki bu zir-zibili süpürüb atsın və Ermənistan Cənubi Qafqazda başqa dövlətlərlə əməkdaşlıq və tərəfdaşlıq şəraitində yaşasın".