Liviya ordusunun rəhbərinin qərargah rəisinə suiqəsd cəhdi olub


Dünya 19 Apr 2018 08:58:00 250 0

Liviya ordusunun rəhbərinin qərargah rəisinə suiqəsd cəhdi olub

Benqazidə Liviya milli ordusunun rəhbəri Xəlifə Xəftarın qərargah rəisi Abdelrazak əl-Nadxariyə sui-qəsd cəhdi olub.

Son.az Trend-ə istinadən bildirir ki,  qərargah rəisinin avtomobilinin yaxınlığında partlayıcı maddə ilə doldurulmuş avtomobil partladılıb. Hadisə nəticəsində bir nəfər həlak olub, bir nəfər isə yaralanıb, qərargah rəisi xəsarət almayıb.